Rusiyanın Ukraynaya veriləcək müasir Qərb tanklarını avtomatik vura bilən silahı var.
BUTA.TV xəbər verir ki, bunu “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin deyib.
“Söhbət pilotsuz “Marker” platformasından gedir. Üç tonluq bu robot modul silahlarla, o cümlədən tank əleyhinə raketlərlə təchiz olunub, hədəfləri avtomatik tanıya və hansının prioritet olacağına müstəqil qərar verə bilir. "Leopard" və "Abrams"la mübarizə aparması üçün müvafiq profilləri maşının yaddaşına yükləmək kifayətdir”, - Roqozin bildirib.
Rusiya mətbuatının məlumatına görə, fevralda bu robotlardan 4-ü Ukrayna cəbhəsinə göndəriləcək.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı