Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1989-cu il təvəllüdlü Şükürov Sübhan Ümidvar oğlunun meyiti Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində aşkar edilib.
İlkin məlumata görə, S. Şükürov yanvarın 24-də evdən çıxıb bir daha qayıtmayıb. Onun tapılması istiqamətində axtarışlar aparılırmış.
Mərhumun ruhu xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı