Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycan səfirliyinin əməkdaşının silahlı terrorçu ilə mübarizə videosu haqda qeyd edib.
O, Teleqram səhifəsində Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun videosunu paylaşıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək