Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Pravda.az xəbər verir ki, dünən saat 22 radələrində Nizami rayonu Bəkir Çobanzadə küçəsində 81 saylı marşrut üzrə hərəkət edən avtobus 2 piyadanı vurub.
Zərbənin gücündən piyadalar qarşıdan gələn “Saipa” markalı minik avtomobilinin üstünə düşüb. Ağır xəsarət alan piyada, 1990-cı il təvəllüdlü Amin Budaqov hadisə yerində ölüb. Digər piyada, 1979-cu il təvəllüdlü Rəsul Tomayev isə xəstəxanaya yerləşdirilib. Avtobusun sürücüsü Arif Ələsgərov barəsində Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq