Rusiya Ukraynaya hərbi müdaxiləsi zamanı müasir Т-72B3 və Т-72B3М tanklarının 50 faizini itirib.
BUTA.TV xəbər verir ki, bu barədə Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun (IISS) təhqiqatında deyilir.
Bildirilib ki, Rusiya həmçinin xeyli qanadlı raket və aviasiyada da itkilərlə üzləşib.
“Rusiyanın tank parkı ciddi anlamda itki ilə üzləşib. Müasir Т-72B3 və Т-72B3М tankları ilə yanaşı, həmçinin T-80-lər də məhv edilib. Bundan əlavə, Rusiya 2022-ci ildə özünün taktiki qırıcılarının 6-8 faizini itirib, digər model təyyarələrinin 10-15 faizi məhv edilib”, - analizdə deyilir.
Məlumata görə, əməliyyatlarda Rusiyanın ciddi sayda Su-30SM, Su-24 və Su-25-ləri sıradan çıxarılıb.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq