Türkiyədə dağıdıcı zəlzələ fəlakətindən sonra dağıntılardan sağ qurtulan qadının anlatdıqları hər kəsi şoka salıb.
BUTA.TV xəbər verir ki, bir sutkadan çox həyat yoldaşı və 10 yaşlı qızı ilə dağıntıları altında qalan Döne Balcı bu müddət ərzində bir şəhidin ona zəmzəm suyu verdiyini iddia edib.
“1,5 gün qızımla dağıntılar altında qaldıq. Qızımın üzərinə qapı düşdü. Qızım: Yaxşıyam ana, başım qanayır – dedi. Bir şəhid gəldi. Buralarda o şəhid yoxdur. Zəmzəm suyu verdi. Qızımın başını oxşadı. Qanaması dayandı. Sizi də bir saat sonra xilas edəcəklər. Gedib, hər kəsə xəbər verəcəyəm. Səni qohumların xilas edəcək – dedi. Sağ olsunlar sonra qardaşlarımız və əsgərlərimiz gəldi. 1,5 gündən sonra qohumlarımız bizi xilas etdi. Həkimlərdən çox razıyam. Hökumətdən, bizə yardım edənlərdən də...”, - deyə o bildirib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq