Azərbaycan Premyer Liqasında XXIII turun daha bir matçı keçirilib.
BUTA.TV xəbər verir ki, "Neftçi" öz meydanında "Səbail"i 3-0 məğlub edib.
Bu qələbə ilə xallarını 48-ə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini möhkəmlədib. 16 xalı olan "Səbail" isə sonuncu sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2, "Qəbələ" isə evdə "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib. Tura fevralın 19-da keçiriləcək "Sabah" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq