MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçi, tanınmış zərdabişünas alim Esmira Cavadova ilə görüşüb.
Kult.az xəbər verir ki, millət vəkili onu 80 illik yubileyi münasibəti ilə təbrik edib.
Milli Məclisdə baş tutan görüşdə Q.Paşayeva Esmira xanımın mənalı həyat yolundan danışıb, etnoqrafiya və etimologiya üzrə araşdırmalarından minnətdarlıqla söz açıb.
Q.Paşayeva yubilyara Komitə adından Qarabağ motivli xatirə hədiyyələri və Təbrik məktubu təqdim edib.
Görüşdə millət vəkilləri Jalə Əliyeva və Razi Nurullayev də iştirak edib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq