İsrailin Baş naziri Benyamin Netanyahu İranı ötən həftə Fars körfəzində neft tankerinə hücum etməkdə ittiham edib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib:
“Keçən həftə İran Fars körfəzində yenidən neft tankerinə hücum etdi və beynəlxalq naviqasiya azadlığına zərbə vurdu”.
Liberiya bayrağı altında üzən gəminin kapitanı fevralın 10-da Ərəbistan dənizində tankerin təyyarənin hücumuna məruz qaldığını təsdiqləyib.
Tehran son illərdə bu cür hücumların arxasında dayandığına dair bütün ittihamları rədd etsə də, İran hakimiyyəti insidentlə bağlı şərh verməyib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq