Ruben Vardanyan aldadıldığını (Kreml göndərdi, ancaq arxasında dayanmadı) və zərbə aldığını (yerli separatçılar ona əvvəlcə “vəzifə” verdilər, bir neçə ay sonra atdılar bayıra) anlayıb. “Qarabağda yaşayan ermənilərin hamıya - ədalətə, hakimiyyətə və gələcəyə inamları itib” deyən Vardanyan inam olmadan mübarizənin nəticə verməyəcəyini bildirib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Vardanyanın bu sözləri acı etirafdır:
“O, faktiki Qarabağ separatçılarının Ermənistan və dünyadakı erməni lobbisi ilə birgə Azərbaycana qarşı mübarizəsinin nəticə vermədiyini demək istəyib. Ancaq beyin bütün hallarda zəhərlidir. Vardanyan çıxışının son cümləsində Qarabağ ermənilərini “müstəqillik” yolundan dönməməyə çağırıb”.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto