Artıq 3 ilə yaxındır ki, davam edən "Mənim atam qəhrəmandır!" layihəsinin himni yazılıb.
Kult.az xəbər verir ki, bəstənin sözləri Xanım İsmayılqızına, musiqisi layihənin rəhbəri Cəlal Qurbanova, aranjemanı Rəşad Bağırova məxsusdur.
Mahnını müğənni Zamiq Hüseynov şəhid övladları ilə birlikdə ifa edib. Şəhid övladları tezliklə himnin klipinə də çəkiləcəklər.
C. Qurbanov öz sosial şəbəkə statusunda layihə ilə bağlı fikirlərini də bölüşüb:
“Əminəm ki, bu anlamlı layihə "Mənim atam qəhrəmandır" çətiri altında birləşən hər kəsin ürəyincə olacaq. Bu layihədə indiyədək 2000-dən artıq şəhid ailəsi iştirak edib. Layihə tezliklə bütün regionlarda da davam etdiriləcək”.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto