Ukraynada rus agentləri, xüsusən də təbliğatçılar hələ 2020-ci ildə məhv edilməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
“Müharibə Putinin Krım yarımadasını işğal etməsi ilə başladı və təəssüf ki, o zaman Ukraynadan cavab almadı və yoluna davam etdi”, - o bildirib.
Danilov əlavə edib ki, Rusiyanın tammiqyaslı işğalı ilə bağlı ilk zənglər 30 oktyabr 2021-ci ildə başlayıb:
“2020-ci ildən başlayaraq biz ölkədə rus agentlərini məhv edirik və media adlanan, əslində isə təbliğat xarakterli Rusiya mediasının rolunu azaldırdıq. Biz ölkəni müharibəyə hazırlayırdıq”.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto