Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, jurnalist “Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən 3 əməliyyat olunub.
Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.
Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.
Qeyd edək ki, S.Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto