Türkiyədə prezident seçkilərinin təxirə salınması hakimiyyətin gündəmində deyil.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun deyib.
O bildirib ki, hazırda hakimiyyətin bir nömrəli prioriteti zəlzələ yaralarını mümkün qədər tez sağaltmaqdır:
“Zəlzələ zamanı itkilərimiz çox oldu, xəsarət alan insanlarımız var. Bizim yeganə məqsədimiz dövlətin şəfqət əlini yaralı şəxslərə, yaxınlarını itirənlərə, zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza uzatmaqdır”.
Qeyd edək ki, Türkiyə hakimiyyəti seçkilərin mayın 14-də keçirilməsinin tərəfdarıdır.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto