Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda indiki klubundan ayrılmağa yaxındır.
Düzdür, sözügedən oyunçu yeni müqavilə təklifinə hələ də cavab vermədiyi Ağdam təmsilçisində qalmağa da qərar verə bilər. Ancaq Rusiyanın iki elita klubunun maraqlandığı Şeydayevin Azərbaycanı tərk etmədən iş yerini dəyişmək ehtimalı da böyükdür. BUTA.TV xəbər verir ki, onu "Neftçi" də rənglərinə bağlamaqda israrlıdır.
Cari mövsüm hədəflərindən uzaq görünən bakılıların əsas məqsədi heyətdəki səviyyəli yerlilərin sayını artırmaqdır. və bu üzdən milli üzvünün heyətə qatılması flaqmanın idarəçiləri üçün prioritet hədəfdir. "Ağ-qaralar"ın yüksək maddi şərtlər fonunda uzunmüddətli əməkdaşlıq istəyi isə Ramil üçün yetərincə cəlbedicidir.
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...
- Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı...
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir