Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Azərbaycan Gənclər Fondundan BUTA.TV-a bildirilib ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllü gənclərimiz Qəhrəmanmaraş şəhərində salınmış Xocalı parkını və burada ucaldılan abidəni ziyarət edib, faciə qurbanlarının xatirəsini yad ediblər.
Daha sonra Azərbaycan könüllüləri tərəfindən Xocalı parkının ərazisində zəlzələ qurbanları üçün müvəqqəti salınmış çadır şəhərciyində təmizlik işləri aparılıb, yerli əhaliyə isti içkilər təqdim edilib, habelə uşaqlara şirniyyat paylanılıb.
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...
- Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı...
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir