Xəbər verdiyimiz kimi, ötən gün müğənni Nigar Camalın avtomobilinə hücum olub. Daxili İşlər Nazirliyi avtomobilə hücum edən şəxsin müəyyən olunduğunu və artıq saxlanıldığını bildirib.
Kult.az xəbər verir ki, avtomobilə hücumda şübhəli bilinən şəxs sosial şəbəkə vasitəsilə açıqlama yayıb.
Həmin şəxsi müğənninin ona qarşı nalayiq ifadələr işlətdiyini iddia edib.
Onun sözlərinə görə, Nigar Camal siqnal verəndə ondan bunun səbəbini soruşub:
“Qarşılığında mənə nalayiq ifadələr işlətdi. O ifadələri dilimə gətirə bilmirəm. Baxdım ki, maşınımı videoya çəkir. Soruşdum, niyə çəkirsən maşınımı? Maşını sürüb qaçmaq istədi, mən də əlimi əsəblə güzgüyə atdım. Nəticədə güzgüsü sındı”.
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...
- Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı...
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi