Kənd təsərrüfatı naziri İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunacaq.
“Yeni Sabah”ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə növbəti həftənin birinci günü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunduqdan sonra ikinci gün Milli Məclisin iclasında İ. Kərimovun Ali Məhkəmənin hakimi seçilməsi ilə bağlı təqdimata baxılacaq.
Bununla bağlı Prezident İlham Əliyev tərəfindən artıq parlamentə təqdimat daxil olub. İ. Kərimov AM-nin hakimi seçildikdən sonra isə quruma sədr təyin olunması nəzərdə tutulub. Bildirək ki, AM sədri Ramiz Rzayev yaş həddi ilə əlaqədar olaraq bir müddət əvvəl bu vəzifədən istefa verib.
- Prezidentin səhifəsində Xocalı Memorialının açılışı...
- Universitetlərdə dərs vaxtları qısaldılır?
- Dövlət Komitəsində soyqırımın ildönümü ilə bağlı tədbir keçirildi
- Azərbaycan xalqının əyilməz ruhunu görürük - Prezident
- Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı...
- Soyqırım qurbanlarının ailə üzvləri ilə görüş keçirildi
- İqtisadi Şuranın iclası keçirildi
- FHN-də Xocalı faciəsinin qurbanları anıldı - Foto