Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.
Kult.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki,teatrın direktor vəzifəsinə Yusif Eyvazov təyin olunub.
Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.
Xatırladaq ki, bundan əvvəl sözügedən teatrın direktoru əməkdar incəsənət xadimi Akif Məlikov olub.
- Tramp azərbaycanlı tələbəni azad etdirdi
- "Bakı Bus" Naxçıvanda fəaliyyətə başlayacaq
- 43 yaşlı həkim əməliyyatdan sonra öldü - Foto
- Hərbçilərə ödənilən pul təminatı artırıla bilər
- General işdən getmək üçün raport yazdı - Səbəb
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- 15 metrlik elektrik dayağından yıxılaraq öldü
- Poladəritmə sexində partlayış: xəsarət alanlar var