Gürcüstan və Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir. Biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı bildirib:
“Bütün müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Bu gün bir çox önəmli məsələlər müzakirə edilmişdir və əldə olunmuş razılaşmalar əsasında biz gələcək fəaliyyətimizi də quracağıq”.
- Tramp azərbaycanlı tələbəni azad etdirdi
- "Bakı Bus" Naxçıvanda fəaliyyətə başlayacaq
- 43 yaşlı həkim əməliyyatdan sonra öldü - Foto
- Hərbçilərə ödənilən pul təminatı artırıla bilər
- General işdən getmək üçün raport yazdı - Səbəb
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- 15 metrlik elektrik dayağından yıxılaraq öldü
- Poladəritmə sexində partlayış: xəsarət alanlar var