"Elektroenergetika haqqında" yeni qanun layihəsi ilə bağlı millət vəkillərini ən çox narahat edən məsələ tariflərdir. Amma mən təkrar bildirirəm ki, qanun tariflərin artırılmasını hədəfləmir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası zamanı "Elektroenergetika haqqında" qanun layihəsinin üçüncü oxunuşu zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, dövlət özü qərar verəcək ki, tarif necə olmalıdır.
Nazir deyib ki, qanunla bağlı nəticələr 5 il sonra özünü göstərəcək:
"Hesablayırıq ki, 5 ildən sonra bazar əlamətləri özünü büruzə verəcək. O şəraitdə investisiya tapa bilsələr, gələcəklər. Bu imkan onlar üçün olacaq. İnkişaf etməkdən ötrü biz gərək qanunvericiliyi təkmilləşdirək".
- Tramp azərbaycanlı tələbəni azad etdirdi
- "Bakı Bus" Naxçıvanda fəaliyyətə başlayacaq
- 43 yaşlı həkim əməliyyatdan sonra öldü - Foto
- Hərbçilərə ödənilən pul təminatı artırıla bilər
- General işdən getmək üçün raport yazdı - Səbəb
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- 15 metrlik elektrik dayağından yıxılaraq öldü
- Poladəritmə sexində partlayış: xəsarət alanlar var