ABŞ, İtaliya və Fransanın vəd etdiyi “Patriot” və “SAMP/T” zenit-raket kompleksləri tezliklə Ukraynaya gələcək.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna ordusunun Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat deyib.
İqnat qeyd edib ki, yaxın gələcəkdə Ukrayna ərazisinə əvvəllər veriləcəyi vəd edilən sistemlər, məsələn, "NASAMS", "Iris-T", həmçinin "Patriot" və "SAMP/T" sistemləri gətiriləcək:
"Ukrayna Amerikanın F-16 qırıcılarını da Qərbdən almaq istərdi".
Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım göstəriləcəyini açıqlayıb. Yardım paketinə "Patriot" və "NASAMS" zenit-raket kompleksləri üçün döyüş sursatları, "HIMARS" reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və dron əleyhinə silahlar daxildir.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu