Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq girdiyi əks yöndən arxaya doğru hərəkət edərək uzaqlaşmağa çalışan, daha sonra uzun müddət bu şəkildə hərəkəti davam etdirən avtomobilin sürücüsü qəza törədib.
BUTA.TV xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qabağında yolun əks istiqamətində gedərkən DYP avtomobili ilə qarşılan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu şəkildə Nərimanov rayonu, İzzədin Həsənoğlu küçəsinə qədər gedən nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru hərəkəti davam etdirib.
Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu