“Hüseyniyyun” terror qruplaşmasının Təbrizdəki konsulluğumuzun qarşısında diplomatların şəhəri tərk etmələri tələbi ilə aksiyaya keçirəcəyi haqda məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Bakının öz statuslarına uyğun fəaliyyət göstərməyən iranlı diplomatları ölkədən çıxarması addımına qarşı Tehranın cavab verəcəyi gözləniləndir. Abdullahianla Bayramovun telefon müzakirəsində layihələrin və təmasların davam etdirilməsi razılaşdırılsa da, gərginliyin aradan qalxacağı ehtimalı kiçikdir. Baş verənlər Təbrizdəki konsulluğumuzun əsas hədəflər sırasında olduğunu göstərir: “Hüseyniyyun” qruplaşması ilk aksiyasını “MOSSAD yuvası” ittihamı ilə keçirdi, ikincisində “diplomatların çıxarılması” tələbini irəli sürəcəksə, növbəti addımlarda Tehran rejiminin təbliğat maşınının “şər yuvası” elan etdiyi konsulluq binasına müdaxilənin ola biləcəyi də istisna edilməməlidir”, - o qeyd edib.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu