Rusiya ordusu Finlandiya NATO-ya daxil olduqdan sonra şimal-qərb sərhədlərinin müdafiəsi üzərində işləməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Hava-Kosmik Qüvvələri rəhbərinin müavini, general-leytenant Andrey Demin məlumat verib.
“Finlandiya NATO blokuna daxil olub. İsveç də alyansa daxil olmağa hazırlaşır. Bu şərtlər daxilində hava hücumundan müdafiə qüvvələri ölkənin şimal-qərbində təhdidlərin artmasına uyğun olaraq dövlət sərhədinin mühafizəsi məsələlərini işləyir”, - Demin bildirib.
Qeyd edək ki, aprelin 4-də Finlandiya NATO üzvlüyünə qəbul edilib.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu