Bəzi sosial şəbəkə səhifələrində Biləsuvarda su kanalında naməlum insan meyitinin aşkar olunması ilə bağlı videogörüntülər yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, aprelin 8-də saat 09 radələrində Biləsuvar rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında çürümüş insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə qeyd olunan ərazidə yaşayan, qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə ( müraciət etmələri xahiş olunur.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu