Mayın 14-də keçiriləcək seçkidə deputatlığa namizədlərin vahid siyahısının tərtibi zamanı müxalifət blokunun nümayəndələri arasında dava düşüb. “Millət İttifaqı”ndan prezidentliyə vahid namizəd Kamal Kılıçdaroğlunun mühafizəçiləri məsələyə müdaxilə edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.
“Müxalifət blokunda gərginlik pik həddə çatıb, CHP-nin (Cümhuriyyət Xalq Partiyası) partiya yığıncağının son iclasının vaxtı, parlament siyahılarının təsdiqlənməsi ilə bağlı mübahisə ucbatından siyahılar 4 dəfə dəyişdirilib. Böhran kiçik partiyaların köməyi ilə qismən aradan qaldırılsa da, bu dəfə siyahı ilə razılaşmayan CHP üzvləri davaya başlayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Türkiyədə ümumi seçkidə iştirak edən siyasi partiyalar bazar günü yekun namizəd siyahılarını Yüksək Seçim Qurumuna (YSQ) təqdim ediblər.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu