İranın casus şəbəkəsi yalnız iradəsi zəif olan dini inanclı düşərgə və mərasim zallarında deyil, başqa sahələrdə də dərin kök atıblar. Mühüm maliyyə-iqtisadi sferasında da İran xüsusi xidmət orqanlarına bağlı olanlar var. Normal münasibətlər dövründə iranlı iş adamları ölkəmizin iqtisadi, maliyyə və bank sisteminin müxtəlif həlqələrinə nüfuz ediblər. Qonşu ölkədə hakimiyyətin nəzarətində olan, dövriyyəsi milyon dolları keçən biznes şirkətlərinin ölkəmizdə kök salan nümayəndələri ETTEELAT-ın, SEPAH-ın bir parçasıdır.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.
Millət vəkili İranın Azərbaycandakı casus şəbəkəsinin tamamilə çökdürüləməsinin vacibliyindən də danışıb:
"Əgər ölkəmizi casuslardan təmizləməsək, daxili cəbhələr artacaq. Biət edənlərin sayı minlərlə deyil, lakin təcrid olunmasalar, təhlükə böyüyəcək. Çünki casusluğa cəlb olunanlar gec partlayan minalara bənzəyir. İşimiz təkcə azad torpaqları minasızlaşdırmaq deyil. Biz qalib dövlətdən qalib vətəndaşa çevrilməliyik".
Z.Oruc vurğulayıb ki, Azərbaycanda heç zaman yaşıl bayraqlı dövlət olmayacaq:
"Dünyəvilik bizim mövcudluq formamızdır. Müstəqillik qanımıza, canımıza, ruhumuza keçib. Əsrlərlə bu torpaqları ələ keçirən imperiyalar dağılıb, lakin dünya xəritəsində Azərbaycan adlı dövlət yaşayır və qalib gəlir. Ona görə də ölkəmizin İrana qarşı 3-cü ölkələrdən hərbi-siyasi yardım istəyəcəyini gözləməsinlər".
- İsmayıllıda 3 maşın toqquşdu: ölənlər var - Foto
- Tiktokda 1000 manat ödənişlə bağlı paylaşım: Həbs edildi - Foto
- Şamaxıda yenə hiss edilən zəlzələlər oldu
- General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü - Video
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov