Azərbaycan Xarici İşlər Nazirliyinin nota verdiyi ölkələrin başında Rusiya gəlir. Sözdə Azərbaycanı tərəfdaş adlandıran ölkənin rəsmiləri, hakim partiyanın deputatları, Kremlin media resursları Azərbaycan əleyhinə açıqlamalara ara vermirlər, başları Ukraynada işğalçı müharibəyə qarışsa da, bizi də “unutmurlar”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin Azərbaycan əleyhinə söylədikləri Kremlin Cənubi Qafqaza baxışından irəli gəlir:
“Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Məktubda Dövlət Dumasının deputatının Azərbaycana qarşı ittihamedici bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Duma rəhbərliyinin qiymət verəcəyini zənn etmirəm, əks halda illərdir Azərbaycan əleyhinə danışan Dövlət Dumasında digər komitə sədrinin müavini və hakim partiyanın üzvü Konstantin Zatulinə xəbərdarlıq edərdilər. Bu adam dayanmadan Azərbaycan əleyhinə danışır və kimsə ona demir ki, “Rusiyanın tərəfdaşı olan Azərbaycan əleyhinə açıqlamaları dayandırın”.
- Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırıldı
- Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər...
- Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş etdi
- Təl-Əvivə uçan təyyarə Bakıya geri qayıtdı
- Bu ərazilərə qar yağır
- Bakıda yolların kənarındakı köşklər yığışdırılır? - Video
- İrana hücum: təyyarələr Bakıya qayıtdı - AZAL
- İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili