Bölgədə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının bir hissəsi kimi dəmir yolu infrastrukturunun fiziki bərpası 2-3 il çəkə bilər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.
“Çox şey danışıqlar prosesindən, konsensusa nail olmağın mümkün olacağı müddətdən asılıdır. Xüsusilə, nəhayət, qeyd etmək vacibdir ki, söhbət Ermənistanın yurisdiksiyasında olan suveren infrastrukturdan gedir. Bundan sonra digər məsələlərin müzakirəsi texniki xarakter daşıyacaq. Regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması kontekstində ən real olanı infrastrukturun və dəmir yollarının bərpasıdır. Bu, hazırda Ermənistanın regionda logistika mərkəzi kimi rolunu artırmaq üçün daha çox ehtimal olunan variantdır. Regionda dəmir yolu infrastrukturuna nəzər salsaq, görərik ki, ayrı-ayrı hissələrin bərpası regional səviyyədə ciddi logistik həll əldə etməyə imkan verəcək”, - Qriqoryan bildirib.
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama