Azərbaycan Prezidenti İlham Əliyev tarixdə ilk dəfə olaraq Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib. Bu əlamətdar və çox mühüm hadisədir. Bəlkə də effektivlik və perspektiv baxımından Putin-Əliyev-Paşinyan görüşündən də önəmli hadisədir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Əliyev bununla da Azərbaycanla Aİİ-nin əsas dövlətlərinin çoxtərəfli formatda daha da yaxınlaşmağa hazır olduğunu nümayiş etdirdi. Azərbaycan bu gün MDB məkanında bu və ya digər dərəcədə bütün qonşuları ilə konstruktiv münasibətlər qurmağı bacaran dövlətdir. Əliyevə hər yerdə hörmət edirlər. Və bu əhəmiyyətli amildir. Rusiya da bunu bilir. Azərbaycanın siyasi və iqtisadi potensialını, Şərqlə Qərb, türk dövlətləri arasında mövqeyini görürlər. Ona görə də Rusiya üçün Azərbaycanı Aİİ-də istənilən statusda görmək çox yaxşıdır. Üstəlik, Moskva çoxdan buna maraq nümayiş etdirir və Azərbaycanı bura dəvət edir. Azərbaycan da dünyada ciddi transformasiyaların getdiyi yeni geosiyasi və geoiqtisadi reallıqlarda Aİİ dövlətlərinin təkliflərindən bəhrələnə biləcəyini müşahidə etdi”, - o bildirib.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək