Bu gün Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında məsləhətləşmələr keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, məsləhətləşmələr zamanı Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri, o cümlədən cari gündəlikdəki ən aktual məsələlər predmetli şəkildə və müttəfiqlik ruhunda nəzərdən keçirilib.
"Bir sıra regional və beynəlxalq mövzular üzrə ətraflı müzakirə aparılıb. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən təmaslar fonunda onların əldə etdikləri bütün üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb" - Rusiya XİN qeyd edib.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək