Qarabağda separatçıların “başçısı” Araik Arutyuntan Xocalıda Azərbaycan polisinə təhvil veriləcək.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərhçi Edik Andreasyan “Hraparak” nəşrində qələmə aldığı “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsində yazır.
Erməni şərhçi qeyd edir ki, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması, Əliyevin “təslim olun, amnistiya imkanından yararlanın” çağırışı etməsi, hadisələrin inkişafını təsəvvür etməyə imkan verir.
“Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır, çünki adətən dedikləri gerçəkləşir. Arutyunyan bir-iki cür isti corab, paltar hazırlasa, yaxşı olar. Yəqin ki, onun təhvil-təslim prosesi Əsgəranda (Xocalıda) keçiriləcək və bu prosesdə rus sülhməramlıları da iştirak edəcək. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq. Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhalisi öz gündəlik həyatlarını yaşayacaqlar. Arutyunyanı bağışlamaq, yaxud bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”, - erməni şərhçi belə bir planın olduğunu və hadisələrin bu cür inkişaf edəcəyini hesab edir.
Lakin onun fkrincə, Araikin təhvil-təslim prosesi danışıqların növbəti raundunda olmayacaq: “Əvvəlcə bu haqda danışılacaq, təbliğat aparılacaq, daha sonra edəcəklər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin separatçılara təslim olmaq qarşılığında amnistiya təklifi ABŞ tərəfindən də dəstəklənib.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək