Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun bölmələrini hücumu davam etdirmək üçün Ukraynadakı “Vaqner”lə əvəz etmək qərarına gəlib. Lakin Kadırov bu cür əməliyyatlar üçün qüvvələrini istifadə etməyə cəsarət etmir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Kadırov “Vaqner”in Baxmutdan geri çəkilməsindən sonra Ukraynada hücum əməliyyatlarına başlamaq üçün Kremldən göstəriş alıb. O özü bəyan edib ki, çeçen qüvvələri yeni əmr alıb və Ukraynanın Donetsk vilayətində cəbhə xəttinə görə məsuliyyəti öz üzərinə götürüb. Çeçenlərin “Əhməd” xüsusi təyinatlı dəstəsi və “Şimal-Əhməd” xüsusi təyinatlı alayı Donetskin cənub-qərbindəki Marinski istiqamətinə köçürülüb”, - məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi də qeyd edib ki, 1-ci Ordu Korpusunun 5-ci motoatıcı briqadasının hücum dəstələri və “Əhməd” xüsusi təyinatlıları Marinski istiqamətində hücum əməliyyatları aparır:
“Rusiya hərbi komandanlığı Milli Qvardiyaya və “Əhməd” dəstəsinə cəbhə xəttində, eləcə də Zaporojye və Xerson vilayətlərində hücum əməliyyatlarına başlamaq əmri verib. Kadırovçulara taktiki təlim də keçirilib. Hələ ki, Zaporojye və Xerson vilayətlərində çeçenlərin hücum əməliyyatlarının əlamətlərinə rast gəlinmir. Çeçen qüvvələri Mariupol, Severodonetsk və Lisiçanskdakı hücumlarda iştirak etdikdən sonra əsasən arxa cəbhədə fəaliyyət göstəriblər. Çeçen qüvvələrinin hücum əməliyyatlarına qayıtması kadırovçuları təxminən bir il davam edən döyüş fasiləsindən çıxaracaq”.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək