Biz, Rusiyanın Azadlığı Legionu, vətənimizin sərhədinin yaxınlığındayıq. Çox tezliklə sülh və sabitlik gətirmək üçün Rusiyaya girəcəyik. Qrayvoron (Belqorod vilayətində şəhər – red.) sadəcə başlanğıcdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Belqorod vilayətindən Rusiyaya daxil olmağa hazırlaşan Rusiyanın Azadlığı Legionunun döyüşçülərindən biri sərhəddən yaydığı video-müraciətdə deyib.
“Putinin hərbi çaqqallarından bizə çoxlu silah-sursat qalıb. Buna görə tərəfdarlarımızı daha çox silahla təmin edə bilirik. Biz Moskvada ağ-mavi –ağ bayrağımızı qaldırmaq üçün Belqoroddan Vladivostoka qədər bütün Rusiyanı azad etməyə gedirik”, - o qeyd edib.
Xatırladaq ki, legion ilk dəfə 22 mayda Belqoroda girmiş, Qrayvoron şəhəri də daxil olmaqla, bir neçə kəndi ələ keçirmişdi.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək