Ermənistan, Azərbaycan və Rusiya Baş nazir müavinlərinin Moskva görüşündən əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakı və İrəvan arasında sərhəd keçid modeli ilə bağlı texniki detalların müzakirə ediləcəyini bildirib. Overçukun sözlərinə görə, Ermənistan Naxçıvan, Zəngəzur, Azərbaycanın digər əraziləri vasitəsilə Rusiya, AB, İrana çıxmaq imkanı əldə edəcək. O qeyd edib ki, sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün nəzarət növləri olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Əliyevin tələb etdiyi dəhliz də məhz budur, sadəcə olaraq ora yol adlanacaq. Ermənistan güc dairələrində deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan da çox tələb etdiyi dəhlizdən imtina edə bilməz. Ola bilsin ki, Nikol bu yolu qısa müddətə - cəmi 3 və ya 5 ilə təmin etsin”, - məlumatda deyilir.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək