Mayın 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Kult.az xəbər verir ki, bunu mərkəzin səhiyyə kommunikasiyası şöbəsinin müdüri Laura Quliyeva deyib.
Tədbir zamanı Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə İslam Səfərlinin “Göz həkimi” pyesinin tamaşası da nümayiş olunub.
Yeni quruluşda ilk dəfə nümayiş olunan tamaşanın rejissoru Gülnar Hacıyevadır. Əsas rollarda Gənc Tamaşaçılar Teatrının aktyorları – əməkdar artistlər Elnur Bəhramxan, Şəfəq Əliyeva, İlham Əsədov, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev, Mehriban Hüseynova, Ramil Məmmədov, Zümrüd Quliyeva, Ədalət Əbdülsəməd oynayıblar.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək