Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə deyib.
O bildirib ki, sülh danışıqları bütün Cənubi Qafqazın maraqlarına cavab verir:
“Hesab edirəm ki, Gürcüstan regionumuzda sabitliyi və sülhü möhkəmləndirmək üçün neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm vasitəçilik rolunu oynayıb. Əslində biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək