“Axmat” bölüyü ali baş komandanlığın qoyduğu tapşırıqları yerinə yetirir. Əgər bunu başa düşmürsənsə, vaxt və yer təyin elə, görüşüb, səni başa salarıq. Sən artıq bloger olmusan və dünyaya səs salırsan ki, bizim ancaq problemlərimiz var.
BUTA.TV xəbər verir ki, bunu Çeçenistan rəhbərinin müavini Adam Delimxanov “Vaqner” lideri Yevgeni Priqojinin “Axmat” bölüyünü tənqid etməsinə cavab olaraq deyib.
“Hamımız bilirik ki, sən Baxmutda nə qədər adam itirmisən. Bəsdir boşboğazlıq elədin, qışqırdın, anqırdın”, - Delimxanov bildirib.
Qeyd edək ki, bir müddət öncə “Vaqner” rəhbəri Yevgeni Priqojin “Axmat” silahlı birləşməsini tənqid edərək, onların nə işlə məşğul olduqlarını bilmədiyini demişdi.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək