BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən 68-ci iclasında Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.
Bu barədə BUTA.TV-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Avropa regionu üzrə üzvlüyə ayrılmış 5 vakant yerə Azərbaycanla birgə Türkiyə, İsrail, Albaniya, Bolqarıstan, Çexiya, İtaliya, Litva, Slovakiya, Ukrayna və Özbəkistan öz namizədliklərini irəli sürüb.
Gərgin keçən seçkilərdə namizədliklərini irəli sürmüş 11 ölkədən qalib olaraq Azərbaycanla yanaşı, Avropa İttifaqına üzv olan 4 ölkə (Litva, Çexiya, İtaliya, Bolqarıstan) seçilib.
İcraiyyə Şurasının ickasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsvermədə iştirak edən hər kəsə təşəkkürünü bildirərək Azərbaycanın hər zaman olduğu kimi, bərabərliyə və ədalətli yanaşmaya üstünlük verəcəyini qeyd edib.
Agentlik sədri Azərbaycanın 2001-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatının tamhüquqlu üzvü olmasından etibarən təşkilata üzv dövlətlərlə uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirdiyini, gələcək fəaliyyətində də İcraiyyə Şurasının işinin səmərəliliyinə öz töhfəsini verəcəyini bildirib.
Fuad Nağıyev qlobal turizmin gələcəyinin zəruri tədbirlərin birgə həyata keçirilməsindən asılı olduğunu diqqətə çatdırıb.
İclasda Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov və Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov iştirak ediblər.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək