Müxtəlif ölkələrdən Xankəndiyə zənglər edilir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Məlumata görə, əvvəllər belə zənglər olsa da, son dövrlər daha da intensivləşib.
“Müxtəlif ölkələrə məxsus nömrələrdən edilən zənglərdə ermənilərə yaşayış səviyyələri, problemləri, Laçın postunun qurulmasından sonra yaranmış vəziyyət, siyasi-sosial proseslər haqqında suallar verilir. Qarabağdan getmək haqqında düşünüb-düşünmədikləri, evlərini satıb-satmadıqları ilə bağlı maraqlanırlar”, - Qarabağdakı ermənilərin verdiyi məlumatda belə deyilir.
Bu zənglər separatçıları qorxuya salıb. Onlar iddia edirlər ki, bu zənglər Azərbaycan kəşfiyyatının işidir və rəsmi Bakı müxtəlif yollarla erməni əhalisi ilə təmaslarını intensivləşdirir. Bu vəziyyət erməni əhalisinin Azərbaycana reinteqrasiyası prosesini sürətləndirə, nəticə etibarilə, separatçıların mövcudluğuna daha böyük risklər yarana bilər. Bunun qarşısını almaq üçün separatçılar erməni əhalisinə belə zənglərə cavab verməmək çağırışı edib.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək