Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca, onların yaşadığı evlərin yataqxanalarda çətin şəraitdən əziyyət çəkən insanlara verilməsini təklif edirəm.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin və parlamentin Əmək və sosial siyasət komitəsinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, Sumqayıtda bir çox yataqxanada insanlar çətin şəraitdən əziyyət çəkir.
"Sumqayıtda elə insanlar var ki, 40 ildir həmin yataqxanalarda yaşayır. Onların bəzisində böyük bir ailə bir otaqda yaşayır. Ölkə Prezidentinin tapşırığı ilə bu istiqamətdə dövlət proqramı hazırlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Maliyyə Nazirliyindən xahiş edirəm ki, bu məsələ ilə bağlı daha tez maliyyə ayrılsın", - T. Mirkişili əlavə edib.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək