Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında əsas vasitəçi rolundan imtina etmək niyyətində deyil. Biz Cənubi Qafqazda qeyri-regional oyunçuların olmasının qəti əleyhinəyik. Moskva AB-nin monitorinq missiyasının Ermənistan ərazisinə və üstəlik, Bakının razılığı olmadan yerləşdirilməsini mənfi qiymətləndirib.
BUTA.TV xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko deyib.
“Moskva bu funksiyaların KTMT-nin müşahidə missiyası tərəfindən yerinə yetirilməsinin tərəfdarıdır. Görürük ki, Rusiya vaxtaşırı KTMT-dən çıxmaqla hədələməyə çalışan Paşinyanın hərbi-siyasi şantaj cəhdinə boyun əyməyib. Paşinyan mütəmadi olaraq təxribat xarakterli bəyanatlar verir. Paşinyan və Ermənistan Moskvaya nə isə təqdim etmək, onu şantaj etmək iqtidarında deyil. İrəvanın Fransa, Almaniya, ABŞ-a meyillənməsi onunla nəticələnəcək ki, axırda onlar Ermənistanın başına çıxacaq və məmnun halda güləcəklər. Rusiya baş verən hadisələri diqqətlə izləyir. Putin və Əliyev barmaqlarını prosesin nəbzində saxlayır və bütün ən aktual məsələləri müzakirə edirlər. Onlar bir-birini anlayan siyasətçilərdir. Moskva əlindən gələni edəcək ki, Qərb komponentləri bu və ya digər ad altında Ermənistan vasitəsilə regionda mövqe tutmasın. Paşinyanın cavab olaraq Qərbi Cənubi Qafqaza sürükləmək cəhdləri Rusiyadan çox sərt reaksiya alacaq”, - o bildirib.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək