Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Tiflisdə keçirilən Azərbaycan-Gürcüstan biznes forumu çərçivəsində Azərbaycanın və Gürcüstanın iki dövlət qurumu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
BUTA.TV xəbər verir ki, birinci sənəd Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Reyestri üzrə Milli Agentliyi arasında imzalanıb. Sənədə əsasən dövlət idarələri daşınmaz əmlakın qeydiyyatı və kadastr fəaliyyəti sahələrində əməkdaşlıq edəcəklər.
Digər memorandum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın Biznes Assosiasiyası arasında imzalanıb.
Sənədlərin imzalanma mərasimində Azərbaycanın və Gürcüstanın iqtisadiyyat nazirləri iştirak ediblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş biznes forumda Azərbaycan və Gürcüstan tərəfindən 100-ə yaxın şirkət iştirak edib.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək