Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində cinayət işi açılıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, R.Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Quba Rayon Prokurorluğunda maddələri ilə cinayət işi açılıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, qurumun müdiri Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işinin aparılması barədə məlumatlar yayılıb:
“Bildiririk ki, Rüfət Hacıyevin 2016-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil alması və eyni zamanda Qəçrəş kənd tam orta məktəbində direktor işləməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü ilin yanvar ayında Quba Rayon Prokurorluğuna məktub göndərilib.
Həmin məktuba əsasən rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək