Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb.
"Toyota Prado" markalı avtomobilin sürücüsü İlham Hümbət oğlu Əliyev Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusla toqquşub.
Nəticədə mikroavtobusda olan iki nəfər - Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Orxan Xalid oğlu Həsənov, 1976-cı il təvəllüdlü Natiq Əli oğlu İmanzadə və "Toyota Prado"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək