Türkiyənin Paşinyanı andiçmə mərasiminə dəvət etməsi, Ermənistan Baş nazirinin isə dəvəti qəbul edib mərasimə qatılması çox yaxşı, pozitiv addımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Ermənistan Baş naziri Nikol Paşinyanın Ankaraya səfəri və Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması haqda qeyd edib.
O bildirib ki, bəzi Ermənistan saytları və sosial şəbəkə istifadəçiləri bu səfərə görə Paşinyanı təhqir edirlər, ən "pis söyüş" kimi də ona "türk" deyirlər:
“Cəmiyyətin bir qismi hələ də 90-larda, o zaman bizdə olan və ölkəni məğlubiyyətlərə aparan "oturmayan ermənidir" havasındadır - bədbəxtdirlər. Anlamırlar ki, Paşinyanın sülh çağırışları, addımları onların Ermənistan dövlətinin xəritədən silinməməsi üçün bəlkə də son şansıdır. Çünki ağa-babaları olan, 200 ildir onları hər cür istifadə edən Rusiya imperiya kimi son sancılarını yaşayır. Ermənistanın gələcəyi, təhlükəsizliyi ilə bağlı zəmanəti isə ancaq Türkiyə və Azərbaycan verə bilər - Paşinyanın komandası bunu anlamağa başlayıblar”.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək