Oğuz rayonunda külək fəsadlar törədib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında Oğuz rayonunda əsən güclü külək nəticəsində iri gövdəli ağac magistral yola aşıb.
Nəticədə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsi bağlanıb. Bundan başqa, aşan ağac elektrik naqillərini də qırıb, yaxınlıqda yaşayan 20 ailəyə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda aşan ağaca görə, avtomobillər yolda qalıb. Ağacın yoldan götürülməsi istiqamətində işlər aparılır.
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi