Ukrayna NATO-ya üzvlük fəaliyyət planı olmadan daxil olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Hesab edirik ki, üzvlük fəaliyyət planı artıq NATO-ya üzvlük yolunda bir element olmamalıdır. Bu, köhnəlmiş mexanizmdir və Ukraynaya tətbiq edilməməlidir. Kiyev başa düşür ki, Ukrayna NATO-nun üzvü deyil və alyansa qərarlar diktə edə bilməz. Ancaq biz NATO-nun üzvü olmasaq da, Avro-Atlantik təhlükəsizlik üçün mübarizə aparmağa tam haqqımız var. Ukraynasız Avro-Atlantik məkanı qorumaq mümkün deyil, ona görə də Kiyevin alyansa üzv olması qaçılmazdır”, - o bildirib.
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi