Yeni prezidentlik dövründə Ərdoğanın siyasətində nələr dəyişəcək?
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı tanınmış politoloq Sergey Markov yazıb.
Onun sözlərinə görə, Ərdoğanın xarici siyasəti, əsasən, dəyişməyəcək:
“Çünki seçicilər bu siyasəti dəstəkləyiblər. Lakin inflyasiya və lirənin zəifləməsi çox yüksək olduğu üçün iqtisadi siyasət dəyişdiriləcək.
Türkiyə İsveçi NATO-ya buraxacaq. Ancaq qarşılığında ABŞ və AB-dən böyük güzəştlər alacaq. Yəni ABŞ və AB İsveçin NATO üzvlüyünü Ankaradan almalı olacaq.
Suriyalı qaçqınların Suriyaya kütləvi şəkildə köçürülməsi başlayacaq. Bunun üçün isə orada kütləvi mənzil tikintisi aparılacaq. Çünki türklər suriyalı qaçqınlardan daha çox qıcıqlanmağa başlayıblar. Eyni zamanda, Türkiyənin Suriya ilə əlaqələri yaxşılaşacaq.
Rusiya taxıl sazişindən imtina edəcək. Türkiyə bunu qəbul edəcək. Həvəssiz, amma münaqişə olmadan”.
Markov onu da qeyd edib ki, hakim partiya daxilində Ərdoğanın varisi üçün aktiv axtarışlar başlayacaq:
“Çünki 2028-ci ildə o, daha seçkiyə getməyəcək”.
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi